Astarada güclü yağışlar nəticəsində Pensərçay məcrasını dəyişib.
“İki sahil” xəbər verir ki, ötən gündən başlayaraq, cənub bölgəsində qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. Astara rayonun Siyəkü kəndi ərazisində Pensərçay çayı 40 metrə qədər məcrasını dəyişib.
Pensərçayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir. Su evlərin həyətlərinə dolub, çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.