Bakı. Trend:
Ermənistan Avropa İttifaqının bir hissəsinə çevrilməkistəyir.
TrendErmənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanparlamentinin spikeri Alen Simonyan Latviyaya səfəri zamanıdeyib.
"Uzunmüddətli sülhün bərqərar olunması üçün bizə dəstəklazımdır. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur",- o deyib.
Simonyan bildirib ki, Ermənistanın Aİ-nin tamhüquqlu üzvü olmasıüçün dəstəyə ehtiyacı var.
Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişilayihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibiAni Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsilayihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-curedaksiyasını göndərməklə cavab verib.
Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakınıntəkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-dəsülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib.Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavətəkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakıilə İrəvan arasında aparılır.