Bakı, 27 iyun, AZƏRTAC
2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5 mindən çox tələbə bitirir.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksəkixtisaslı kadr yetişdirib.
Hazırda BDU-da 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25 minə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 258 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.