AZ

Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır - Rüstəm Qasımov

Bakı. Trend:

Milli Məclisin qərarında çox vacib məsələlər, problemlərqaldırılmışdır, hesab edirik ki, əsaslıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsininHüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm QasımovAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun27-də keçirilən iclasında çıxışı zamanı deyib.

Rüstəm Qasımov bildirib ki, xüsusilə də KonstitusiyaMəhkəməsinin 2019-cu il 4 dekabr tarixli Qərarında çox maraqlı birməsələyə toxunulmuşdur. Bu məsələ nədən ibarətdir? KonstitusiyaMəhkəməsi həmin qərarında qeyd edir ki, Milli Məclis təbii olaraqdeputatların mütləq əksəriyyəti ilə öz qərarlarının, öz işininaparıb-apara bilməyəcəyi barədə qərar qəbul etməyə səlahiyyətlidir.Həmin qərardan bizim anlayışımız ondan ibarətdir ki, biz buməsələdə Milli Məclisin bu qərarını əsas götürüb ona hörmətləyanaşmalıyıq. Hesab edirik ki, bu halda Milli Məclis 105 səsçoxluğu ilə qərara gəlmişdir ki, seçkiləri daha əvvəl keçirmək dahaməqsədəmüvafiqdir. Biz də düşünürük ki, bu mövqe əsaslıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun iclası işə başlayıb. İclasda Azərbaycan RespublikasıKonstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən,Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinənövbədənkənar seçkilərin təyin edilməsi haqqında AzərbaycanRespublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarıəsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının vənövbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan RespublikasıKonstitusiyasına uyğunluğu barəsində Azərbaycan RespublikasıPrezidentinin sorğusuna baxılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
az.trend.az

3Mənbələr