AZ

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Bakı, 27 iyun, AZƏRTAC

Milli Məclisin qərarında çox vacib məsələlər, problemlər qaldırılmışdır, hesab edirik ki, əsaslıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

Rüstəm Qasımov bildirib ki, xüsusilə də Konstitusiya Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli Qərarında çox maraqlı bir məsələyə toxunulmuşdur. Bu məsələ nədən ibarətdir? Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, Milli Məclis təbii olaraq deputatların mütləq əksəriyyəti ilə öz qərarlarının, öz işinin aparıb-apara bilməyəcəyi barədə qərar qəbul etməyə səlahiyyətlidir. Həmin qərardan bizim anlayışımız ondan ibarətdir ki, biz bu məsələdə Milli Məclisin bu qərarını əsas götürüb ona hörmətlə yanaşmalıyıq. Hesab edirik ki, bu halda Milli Məclis 105 səs çoxluğu ilə qərara gəlmişdir ki, seçkiləri daha əvvəl keçirmək daha məqsədəmüvafiqdir. Biz də düşünürük ki, bu mövqe əsaslıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
azertag.az

3Mənbələr