AZ

Şəhid Hörmət Baratovla vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

H.Baratov Xaçmaz rayonunun Nərəcan kəndində dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
16
bakivaxti.az

10Mənbələr