AZ

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Hörmət Baratov dəfn edilib - FOTO

Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna aparılıb.
 
Moderator.az "report"a istinadən xbr verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.
 
Şəhidlə vida mərasimi keçirilib, o, Xaçmaz rayonu Nərəcan kənd qəbiristanlığında dəfn olunub.
 
Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

 

Seçilən
87
16
moderator.az

10Mənbələr