Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada E. Giddens və F. Sattonun kitabının Azərbaycan dilində nəşrinin təqdimatı olub.
Sitat.info xəbər verir ki, dəyirmi masa iyunun 27-si Sosial Tədqiqatlar Mərkəzində keçirilib.
Dəyirmi masanı giriş sözü ilə Millət vəkili, Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev açıb. STM-in İdarə Heyətinin sədri Zahid Oruc, Millət vəkili Fazil Mustafa, Fəlsəfə elmləri doktoru, Professor İlham Məmmədzadə, STM-in sektor müdiri Humay Axundzadə də mövzu ilə bağlı çıxış ediblər.
Məruzəçilərə suallar verilib və müzakirələr aparılıb.