AZ

Cüdo üzrə dünya və Avropa çempionu Sabirabadda "ustad dərsi" keçib - FOTOLAR

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün seçdiyi “İdman səfirləri” mütəmadi olaraq ölkəmizin regionlarında idmanın kütləviliyi və təbliği üçün müxtəlif tədbirlərdə fəal iştirak edirlər.

90deqiqe.Az xəbər verir ki, "İdman səfiri", dünya və Avropa çempionatlarının mükafatçısı, cüdoçu Orxan Səfərovun iştirakı ilə Sabirabad rayonunda cüdo üzrə "ustad dərsi" keçirilib.

O.Səfərov dərslərdə uşaqlara və gənclərə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi haqqında məlumat verib, əməl etməli olduqları qaydalar barədə təcrübələrini bölüşüb.

Seçilən
89
9
90deqiqe.az

10Mənbələr