AZ

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Bakı, 27 iyun, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin bu il üçün seçdiyi idman səfirləri mütəmadi olaraq ölkəmizin regionlarında idmanın kütləviliyi və təbliği üçün müxtəlif tədbirlərdə fəal iştirak edirlər.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu yolda cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərovun iştirakı ilə Sabirabad rayonunda cüdo idman növündə ustad dərsi keçirilib.

O, dərslərdə uşaqlara və gənclərə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi haqqında məlumat verib, əməl etməli olduqları qaydalar barədə öz təcrübələrini bölüşüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
4
azertag.az

10Mənbələr