Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları yekunlaşıb.
"Operativ Media" xəbər verir ki, F qrupunun son turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəliblər. Matç Gürcüstan millisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə Türkiyə millisi Çexiya ilə qarşılaşıb. Matç Türkiyə millisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticələrdən sonra Portuqaliya, Türkiyə növbəti mərhələyə yüksəlib. Gürcüstan millisi isə ən yaxşı 3-cü kimi pley-offa yüksəlib
Qrup mərhələsi, III tur
F qrupu
23:00 Çexiya – Türkiyə 1:2
Qollar: T.Souçek, 66 – Çalhanoğlu, 51, C.Tosun, 90+4
23:00 Gürcüstan – Portuqaliya 2:0
Qol: Kvaratsxeliya, 2, Mikautadze, 54 (pen.)
Xal durumu: Portuqaliya – 6, Türkiyə – 6, Gürcüstan – 4, Çexiya - 1