Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulur.
QOL.az xəbər verir ki, 3-cü turun son günündə nəzərdə tutulan 4 matçdan 2-i başa çatıb
E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.
Günün əsas qarşılaşması isə F qrupunda olacaq.
Qardaş ölkə Türkiyə Çexiya ilə matça çıxıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşır. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Bu qrupda artıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstan sonuncudur. Qrup 2-cisi olmaq üçün Türkiyəyə heç-heçə də kifayət edir.
Reqlamentə əsasən, Avropa çempionatının qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-offa adlayır. Bu 4 komandadan artıq 2-si müəyyənləşib (Niderland və Sloveniya).
Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.
Avro-2024, qrup mərhələsi, 3-cü tur
E qrupu
20:00. Slovakiya - Rumıniya - 1:1
Qollar: Duda, 24 (1:0), Marin, 37-pen. (1:1)
Baş hakim: Daniel Siebert (Almaniya)
"Deutşe Bank Park"
20:00. Ukrayna - Belçika - 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə)
"MHP Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
2 | Belçika | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
F qrupu
23:00. Çexiya - Türkiyə - 0:1 (İkinci hissə)
Qol: Hakan Çalhanoğlu, 52
Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Volksparkstadion"
23:00. Gürcüstan - Portuqaliya - 1:0 (İkinci hissə)
Qol: Xviça Kvaratsxeliya, 2
Baş hakim: Sandro Şerer (İsveçrə)
"Veltins Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Portuqaliya | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Türkiyə | 2 | 1 | 0 | 1 | 3-4 | 3 |
3 | Çexiya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Gürcüstan | 2 | 0 | 1 | 1 | 2-4 | 1 |