AZ

Çexiyadan cavab qolu - Yenilənir

style='margin-bottom:10px;'>

Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulur.

QOL.az xəbər verir ki, 3-cü turun son günündə nəzərdə tutulan 4 matçdan 2-i başa çatıb 

E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən,  Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.

Günün əsas qarşılaşması isə F qrupunda olacaq.

Qardaş ölkə Türkiyə Çexiya ilə matça çıxıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşır. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Bu qrupda artıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstan sonuncudur. Qrup 2-cisi olmaq üçün Türkiyəyə heç-heçə də kifayət edir.

Reqlamentə əsasən, Avropa çempionatının qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda  pley-offa adlayır. Bu 4 komandadan artıq 2-si müəyyənləşib (Niderland və Sloveniya).

Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.

Avro-2024, qrup mərhələsi, 3-cü tur

E qrupu

20:00. Slovakiya - Rumıniya - 1:1

Qollar: Duda, 24 (1:0), Marin, 37-pen. (1:1)

Baş hakim: Daniel Siebert (Almaniya)

"Deutşe Bank Park" 

20:00. Ukrayna - Belçika - 0:0

Baş hakim: Entoni Teylor (İngiltərə)

"MHP Arena"

N Komandalar O Q H M T-F X
1 Rumıniya 3 1 1 1 4-3 4
2 Belçika 3 1 1 1 2-1 4
3 Slovakiya 3 1 1 1 3-3 4
4 Ukrayna 3 1 1 1 2-4 4

F qrupu

23:00. Çexiya - Türkiyə - 1:1 (İkinci hissə)

Qollar: Hakan Çalhanoğlu, 52 (1:0), Tomaş Souçek, 66 (1:1)

Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Volksparkstadion"

23:00. Gürcüstan - Portuqaliya - 2:0 (İkinci hissə)

Qollar: Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen

Baş hakim: Sandro Şerer (İsveçrə)

"Veltins Arena"

N Komandalar O Q H M T-F X
1 Portuqaliya 2 2 0 0 5-1 6
2 Türkiyə 2 1 0 1 3-4 3
3 Çexiya 2 0 1 1 2-3 1
4 Gürcüstan 2 0 1 1 2-4 1
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
9
teleqraf.com

10Mənbələr