AZ

Ərdoğan Livan baş naziri ilə bölgədə artan gərginliyi müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, iki lider arasında İsrailin Livana hücum və təhdidləri, İsrailin Qəzzaya hücumları və bölgədə artan gərginlik müzakirə edilib.

Ərdoğan görüşdə İsrailin təcavüzünün tez bir zamanda dayandırılmasının vacibliyini, İsrailin münaqişəni yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu, Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanında olduğunu bildirib.

O həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət və İslam dünyası regional və qlobal sülhü təhdid edən İsrailə gec olmadan “bəsdir” deməlidir.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
turkic.world

2Mənbələr