AZ

Ərdoğan Mikati ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə telefonla danışıb. 

"Cebhe.info" xəbər verir ki, Türkiyə Rabitə Nazirliyindən verilən açıqlamaya görə, görüşdə İsrailin Livana hücum və təhdidləri, İsrailin Qəzzaya hücumları və bölgədə artan gərginlik müzakirə edilib. 

Rabitə Müdirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Necip Mikati ilə telefon danışığı apardı. 

Görüşdə İsrailin Livana hücum və təhdidləri, İsrailin Qəzzaya hücumları və bölgədə artan gərginlik müzakirə edilib. Prezident Ərdoğan görüşdə İsrailin təcavüzünün tez bir zamanda dayandırılmasının vacibliyini, İsrailin münaqişəni yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu, Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanında olduğunu bildirib. Prezident Ərdoğan həmçinin bəyan edib ki, beynəlxalq ictimaiyyət və İslam dünyası regional və qlobal sülhü təhdid edən İsrailə gec olmadan “bəsdir” deməlidir." 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr