“Fransa prezidenti Emmanuel Makron 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmaqla fransızların tətilini məhv etdi”.
KONKRET.az xəbər verir ki, bunu Paris meri Anne Hidalqo deyib.
O bildirib ki, bu cür yanaşma açıq-aydın risklər yaradır.
“Prezident fransızlara qarşı belə pis münasibətlə səhv edir. Bu, çox ciddi məsələdi”, – mer əlavə edib.
Xatırladaq ki, Fransa prezidenti iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyətindən sonra Milli Assambleyanın buraxılması barədə qərar qəbul edib. Milli Məclisə növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.
Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə təşkil olunacaq.
Burhan,
KONKRET.az