Ankara, 26 iyun, AZƏRTAC
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, nazirin sosial şəbəkələrdə paylaşımında deyilir: “Azərbaycan xalqının inkişafı və işıqlı gələcəyi naminə öz borcunu yerinə yetirən bütün qəhrəmanları səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələri Gününüz mübarək!”
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara