Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
SİA xəbər verir ki, nazirin sosial şəbəkələrdə paylaşımında deyilir: “Azərbaycan xalqının inkişafı və işıqlı gələcəyi naminə öz borcunu yerinə yetirən bütün qəhrəmanları səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələri Gününüz mübarək!”