AZ

Gəncədə DƏHŞƏTLİ QƏTL: sevgilisini öldürdü, özünü və başqa kişini bıçaqladı

İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakuinfo.net-ə bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.Faktla bağlı araşdırmalar davam etdirilir. Bakuinfo.net-in əldə etdiyi məlumata görə, Mahir Quliyev İlhamə Hüseynova ilə qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış. ***Gəncədə bıçaqlanma zamanı daha bir nəfərin xəsarət aldığı məlum olub.Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə zamanı bıçaqlananlardan biri qadın olub.Qadın aldığı bıçaq xəsarətindən ölüb.***saat 18:13Gəncədə bıçaqlanma hadisəsi baş verib.Bakuinfo.net-in məlumatına görə, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.Bir qrup şəxs arasında düşən davada 2 nəfər bıçaqlanıb.Bıçaq xəsarəti alanlar 1999-cu il təvəllüdlü Akif Ağalarov və 1959-cu il təvəllüdlü Mahir Quliyevdir.Hər iki xəstə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyata götürülüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
6
bakuinfo.net

10Mənbələr