AZ

Gəncədə qadını və sevgilisini öldürən şəxs özünə də xəsarət yetirdi - YENİLƏNDİ-1

İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakupost.az -a bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Gəncədə bıçaqlananların sayı ikiyə çatıb.

Bakupost.az xəbər verir ki, bıçaq xəsarəti alanlar 1999-cu il təvəllüdlü Akif Ağalarov və 1959-cu il təvəllüdlü Mahir Quliyevdir.

Hər iki xəstə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyata götürülüblər.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Belə ki orta yaşlı kişi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşlar cəlb olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
6
bakupost.az

10Mənbələr