Bu gün günorta saatlarından Lerik rayonunda hava şəraitinin dəyişməsi, yağan güclü leysan, dolu düşməsi dağlarda torpaq sürüşməsinə səbəb olub.Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 km-də Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsinin səyləri ilə yolun qismən açıldığı bildirilir.Yolun tam açılması istiqamətində işlər davam etdirilir.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta