AZ

HadisəGəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Far.Az"un Qərb bürosuna bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:30

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və 1979-cu il təvəllüdlü İ.Hüseynova bıçaqlanıb.

İ.Hüseynova dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
131
1
far.az

10Mənbələr