AZ

Ürfan İsmayılov və Müşfiq Nadirov “Qəbələ”də

“Qaradağ Lökbatan”ın mərkəz yarımmüdafiəçisi Ürfan İsmayılov bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ürfan İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də də çıxış edib.

“Qəbələ” məhz bu klubun futbol akademiyasının yetirməsi olan Müşfiq Nadirovu da heyətinə qatıb. 22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Müşfiq Nadirov 2023/2024 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

“Qəbələ” Müşfiq Nadirov və Ürfan İsmayılovdan öncə müdafiəçi Vüqar Həsənovu da heyətinə qatdığını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
9
arena.az

10Mənbələr