AZ

“Qəbələ” daha iki transferi bəyan etdi

“Qəbələ” növbəti transferlərini gerçəkləşdirib.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Urfan İsmayılovu heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Müşfiq Nadirov da bundan sonra “qırmızı-qaralar”ın formasını geyinəcək. 22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/24 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
19
rekord.az

10Mənbələr