AZ

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Bakı. Trend:

27-28 iyun tarixlərində İqtisadiyyat Nazirliyinin təşkilatçılığıilə Şuşa və Ağdamda 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə“Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlıtədbir keçiriləcək.

Trend xəbər verir ki, məqsəd sahibkarlıq subyektlərinə Qarabağvə Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının vəbiznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığımodeli üzrə müzakirələrin təşkilidir.

İş adamları Qarabağa səfər çərçivəsində Ağdam Sənaye Parkındayaradılmış şərait, rezident müəssisələr, həmçinin Şuşa və Xankəndişəhərlərində iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlıməskunlaşmanın təmini məqsədilə aparılan yenidənqurma işləri,infrastrukturla əyani tanış olacaqlar.

Şuşada keçiriləcək tədbirdə işğaldan azad edilmiş ərazilərdətətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyitədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasındasahibkarların rolu mövzularında panel müzakirələr təşkilolunacaq.

Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif ediləninvestisiya layihələri, məhsulların ixrac potensialı, logistikaimkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallarcavablandırılacaq. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlərkeçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
az.trend.az

10Mənbələr