AZ

Ərdoğan NATO-nun yeni baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib.

Xatırladaq ki, M.Ruttenin Alyansın yeni baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edib.

Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın baş naziri vəzifəsini icra edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7
adalet.az

8Mənbələr