AZ

Ərdoğan NATO-nun yeni baş katibi ilə telefonla DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib və yeni işində uğurlar arzulayıb.
Xatırladaq ki, M.Ruttenin Alyansın yeni baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə hazırkı Baş katib Yens Stoltenberqi əvəz edəcək.

Xatırladaq ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.

Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın baş naziri vəzifəsini icra edirdi.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
7
bizim.media

8Mənbələr