Paytaxtın İnşaatçılar prospektində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Yasamal rayonu ərazisində “Hyatt Regency Hotel”in yaxınlığında 99-LH-234 dövlət qeydiyyat nişanlı “Daewoo Damas” markalı minik vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub. “Mercedes” markalı avtomobilin sahibinin hadisə yerindən uzaqlaşdığı iddia olunur.
Faktla bağlı araşdırma aparılır.
Səfər Əlizadə