AZ

17 yaşlı gənc qətlə yetirildi

Bakı. Trend:

17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən 2 şəxstutulub.

Trend xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğuməlumat yayıb.

Bildirilib ki, iyunun 26-da gecə saat 02 radələrində bir nəfərinöldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyadşərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraqverilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslışübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib)polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilibvə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsininmüvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
49
az.trend.az

10Mənbələr