AZ

17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanıldı Kriminal

17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.Bildirilib ki, iyunun 26-da gecə saat 2 radələrində bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər. SEO XidmətiFaktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
49
regionxeberlericom.az

10Mənbələr