AZ

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi – Aralarında 4 mülki şəxs də var

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsirləri dəyişdirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna əsirlikdə olan 90 rus hərbçisini, Rusiya 90 ukraynalı hərbçini geri qaytarıb. Müdafiə Nazirliyi açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin hərbi əsirlərin mübadiləsində vasitəçi kimi çıxış etdiyini bildirib.

Moskva və Kiyev sonuncu dəfə 2024-cü il mayın 31-də məhbus mübadiləsi barədə məlumat vermişdi. Daha sonra Rusiya Müdafiə Nazirliyi 75 rusiyalı hərbçinin Ukraynadan geri qaytarıldığını, 75 hərbçinin isə Ukraynaya göndərildiyini açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Milli Qvardiyasının hərbi qulluqçularının, sərhədçilərin, eləcə də 4 mülki şəxsin Rusiya əsirliyindən qayıtarılmasını təsdiqləyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
azpolitika.info

2Mənbələr