AZ

Hərbi əsirlər dəyişdirilib

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib.

“Cebhe.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Ukrayna əsirlikdə olan 90 rus hərbçisini, Rusiya 90 ukraynalı hərbçini geri qaytarıb. Müdafiə Nazirliyi bəyanat yayaraq Birləşmiş Ərəb Əmirliklərinin hərbi əsirlərin mübadiləsində vasitəçi kimi çıxış etdiyini bildirib.

Moskva və Kiyev sonuncu dəfə 2024-cü il mayın 31-də məhbus mübadiləsi barədə məlumat vermişdi. Daha sonra Rusiya Müdafiə Nazirliyi 75 rusiyalı hərbçinin Ukrayna ərazisindən geri qaytarıldığını, 75 hərbçinin isə Ukraynaya göndərildiyini açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr