AZ

Nohurqışlaq kəndindən keçən magistral yolda sərbəst hərəkət bərpa edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2 ədəd irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Seçilən
122
17
ikisahil.az

10Mənbələr