Məşhur müğənni Serdar Ortaçın anası Nesrin Ortaç oğlu ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçini Harbiyedə açıq hava konsertində tək qoymayan ansı onun evlənməsini istəmədiyini bildirib:
"Evlilik çox çətindir. Oğlum evlənməsin. Sonra buna görə də dərd çəkməsin. Amma münasibətləri olsun. Əylənsin, gəzsin...".
Xatırladaq ki, Serdar Ortaç, 2014-cü ildə irlandiyalı model Kloi ilə nikah masasına əyləşib. Onlar 2019-cu ildə qalmaqallı şəkildə ayrılıblar.
BAKU.WS