Sevgilisini silah ilə öldürən şəxs 7-ci mərtəbədən özünü atdı
Sevgilisini silah ilə öldürən şəxs 7 mərtəbəli binadan özünü ataraq intihar edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Mübahisə etdiyi sevgilisi Selen Akpolatı güllələyərək öldürən Fırat Bulut hadisə yerindən qaçaraq girdiyi 7 mərtəbəli binadan özünü ataraq intihar edib.
Polis hadisə ilə bağlı araşdırma başladıb.