AZ

Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

11 iyun 2024-cü il tarixində Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

24 iyun 2024-cü il tarixində isə sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 investor iştirak edib.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
22
banco.az

10Mənbələr