AZ

FİFA-nın mundial PLANI

FİFA-nın DÇ-2030-la bağlı planları bəlli olub.

İdman.biz xəbər verir ki, qurum final oyununun Madriddəki “Santyaqo Bernabeu”da keçirilməsini istəyir.

Mundial tarixdə ilk dəfə 6 ölkədə keçiriləcək. İspaniya, Portuqaliya və Mərakeş DÇ-2030-un ev sahibləri olacaq. FİFA da həlledici matçı “Real”ın arenasına keçirmək fikrindədir.

Uruqvay, Argentina və Paraqvayda da DÇ-2030-un matçları keçiriləcək. Hər ölkə bir matçı qəbul edəcək.

Qeyd edək ki, DÇ-2030 dünya çempionatlarının keçirilməsinin 100 illiyinə təsadüf edəcək. İlk mundial 1930-cu ildə Uruqvayda təşkil olunub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
idman.biz

4Mənbələr