AZ

FIFA-nın DÇ-2030-la bağlı gizli planı

FIFA-nın DÇ-2030-la bağlı planları bəlli olub.

Msport.az xəbər verir ki, qurum final oyununun Madriddəki “Santyaqo Bernabeu”da keçirilməsini istəyir.

Mundial tarixdə ilk dəfə 6 ölkədə təşkil ediləcək. İspaniya, Portuqaliya və Mərakeş də DÇ-2030-un ev sahibləri olacaq. FIFA həlledici matçı “Real”ın arenasına keçirmək fikrindədir.

Uruqvay, Argentina və Paraqvayda da DÇ-2030-un matçları oynanılacaq. Hər ölkə bir oyunu qəbul edəcək.

Qeyd edək ki, DÇ-2030 dünya çempionatlarının keçirilməsinin 100 illiyinə təsadüf edəcək. İlk mundial 1930-cu ildə Uruqvayda təşkil olunub.

Seçilən
124
3
msport.az

5Mənbələr