"Santyaqo Bernabeu" Dünya Kuboku finalına ev sahibliyi edəcək.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, FIFA DÇ-2030-un həlledici oyununun "Real Madrid"in stadionunda keçirilməsini istəyir. Bununla bağlı klub və ali futbol qurumu arasında danışıqlar gedir. 

2030-cu ildə keçiriləcək Dünya Kubokunun "Santyaqo Bernabeu"da baş tutması üçün FIFA və "Real Madrid"in razılıq əldə etdiyi bildirilir.