ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yenilənmiş siyahıya 4 fiziki və 44 hüquqi şəxs daxil edilib.
Siyahılara daxil edilən şəxslərin İran Müdafiə Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu iddia edilir.