AZ

AÇ-2024: Qrup mərhələsinin oyunlarına yekun vurulur

Almaniyada keçirilən futbol üzrə AÇ-2024-ün qrup mərhələsinə bu gün yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, son oyunları E və F qruplarına daxil olan komandalar keçirəcək.

E qrupunda Slovakiya Rumıniya, Ukrayna isə Belçika ilə mübarizə aparacaq. 4 komandanın hamısının 3 xalı var.

Rumıniya Ukraynaya 3:0 hesabı ilə qalib gəlib, Belçikaya 0:2 hesabı ilə uduzub və top fərqinə görə liderdir.

İkinci yerdə Slovakiyaya da 0:1 hesabı ilə uduzan Belçika qərarlaşıb. Ukrayna da Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.

F qrupunda əvvəlki mərhələdə 1/8 finala vəsiqə qazanan Portuqaliya Gürcüstanla, Çexiya isə Türkiyə ilə mübarizə aparacaq.

Portuqaliya Çexiyaya 2:1, Türkiyəyə 3:0, Türkiyə isə Gürcüstana 3:1 hesabı ilə qalib gəlib. Çexiya Gürcüstanla 1:1 hesablı heç-heçə edib.

AÇ-2024, üçüncü tur

E qrupu

Slovakiya - Rumıniya: 20:00 

Ukrayna - Belçika: 20:00

F qrupu

Çexiya - Türkiyə: 23:00

Gürcüstan - Portuqaliya: 23:00

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
20
operativmedia.az

10Mənbələr