Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunun Danimarka - Serbiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Far.Az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Danimarka millisinin futbolçusu Kristian Eriksen oyunun ən yaxşısı seçilib.
Qeyd edək ki, C qrupunda baş tutan qarşılşamada qol vurulmayıb. Danimarka qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıbsa, Serbiya sonuncu olub.