AZ

Sabirabadda 19 yaşlı hamilə qadın dərmandan zəhərlənib

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verərkən zəhərlənib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
139
15
seher.media

10Mənbələr