AZ

Zəmilərin 40 faizi biçilib

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, artıq Azərbaycanda payızlıq əkin sahələrinin 40 faizində (403 min 503 hektarda) biçin başa çatıb.

Bildirilir ki, sahələrdən 878 min 173 ton arpa, 366 min 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.

Qeyd edək ki, ölkənin 40-a yaxın rayonunda intensiv biçin prosesi gedir. Bu rayonlardan Ağsu, Biləsuvar, Neftçala, Sabirabad, Samux, Salyan, Ucar, Kürdəmir rayonlarında biçin səviyyəsi 70 faizi keçib, Naftalanda isə biçin başa çatıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
6
xalqqazeti.az

10Mənbələr