AZ

Payızlıq əkin sahələrinin 40 faizində biçin başa çatıb

Payızlıq əkin sahələrinin 40 faizində biçin başa çatıb, 403 503 hektar sahədə biçin yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sahələrdən 878 173 ton arpa, 366 723 ton buğda yığılıb.

Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.

İntensiv biçin prosesi 40-a yaxın rayonda gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
6
vergiler.az

10Mənbələr