AZ

Baydenin oğlunun vəkillik lisenziyası dondurulub

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden qanunsuz silah əldə etmək iddiası ilə bağlı işində təqsirli bilinmişdi.

APA xarici mətbuata istinadən xəbər verir ki, cinayət işi ilə bağlı bu gün paytaxt Vaşinqtonda Hanter Baydenin vəkillik lisenziyası da dondurulub.

Qeyd edək ki, tez-tez qalmaqallarla gündəmə gələn ABŞ prezidenti Co Baydenin oğlu 2018-ci ildə narkotikdən asılı olduğu dövrdə qanunsuz olaraq odlu silah əldə etməkdə, alış zamanı narkotikdən istifadə edib-etmədiyinə dair suallara yalan ifadələr verməklə federal qanunları pozmaqda və bu silahı qanunsuz saxlamaqda ittiham olunurdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
apa.az

6Mənbələr