AZ

“Roma” Rossi ilə yeni müqavilə imzaladı

“Roma” baş məşqçi Daniele De Rossi ilə müqaviləni 2027-ci ilə qədər uzadıb. Matc.az xəbər verir ki, bu barədə Roma klubunun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssis bu postda portuqaliyalı məşqçi Joze Mourinyonu əvəzləyib. O, 2024-cü il yanvarın 16-dan “Roma”nın baş məşqçisi vəzifəsini icra edir. Bu müddət ərzində onun rəhbərliyi altında komanda bütün turnirlərdə 26 görüş keçirib, 14 dəfə qalib gəlib, altı dəfə heç-heçə edib və altı dəfə məğlub olub. De Rossinin “Roma” ilə əvvəlki müqaviləsi 2024-cü il iyunun 30-na kimi nəzərdə tutulmuşdu. Qeyd edək ki, İtaliya A Seriyasının son mövsümünün yekununda “Roma” 63 xal toplayaraq altıncı yeri tutub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
matc.az

5Mənbələr