AZ

"Beşiktaş" Avropa çempionunu transfer etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beşiktaş" bir çox klubun arxasınca qaçdığı Rafa Silva ilə anlaşıb.
Bu barədə məlumat klubun "X" hesabında paylaşılıb.
Hələlik rəsmi açıqlama verilməsə də, klubun vitse-prezidenti Hüseyn Yücel Portuqaliyanın paytaxtı Lissabona gedərək Rafa Silva və nümayəndələri ilə görüşüb.
İki tərəf arasında aparılan danışıqlardan sonra razılıq əldə olunub.
Qeyd edək ki, bu mövsüm Benfika ilə müqaviləsi başa çatan Rafa Silva yarımmüdafiəçi mövqeyində çıxış edir. Portuqaliya millisində də çıxış edən futbolçunun 31 yaşı var. O 2016-cı ildə yığma komanda ilə Avropa Çempionu, 2018/19-cu illər mövsümündə isə Millətlər Liqasının qalibi olub.
Mənbə: Haber Global
Seçilən
120
50
oxu.az

10Mənbələr