AZ

Alsu boşandığı bakılı ərinin xəyanəti etdiyini təsdiqlədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rusiyalı müğənni Alsu yeni boşandığı Yan Abramovun model Anastasiya Reşetova ilə münasibəti ilə bağlı şayiələri təsdiqləyib.
Reper Timatinin keçmiş sevgilisi olan Anastasiya Reşetova "Instagram" hesabında şayiələrlə bağlı paylaşım edib. Model yayılan xəbərlərdən bezdiyini bildirərək evli kişilərlə münasibət qurmadığını və hətta onlar tərəfə baxmayacağını vurğulayıb. Alsu isə Anastasiya Reşetovanın paylaşımının altına yazdığı şərhlə diqqət çəkib.
"Yalan danışır", - deyə Alsu şərhdə şayiələrin doğru olduğuna işarə edib.
Qeyd edək ki, bununla bağlı söz-söhbətlər müğənninin əri, Bakıda anadan olmuş Yan Abramovdan boşanması xəbərindən dərhal sonra ortaya çıxıb. Hətta Reşetova və Abramovun toy planları qurduqları barədə də xəbərlər yayılıb.
Xatırladaq ki, Alsu və Yan Abramov 2024-cü il mayın 24-də böyük qızları orta məktəbi bitirdikdən sonra boşanmaq üçün müraciət ediblər. Mayın sonunda isə onların ayrılmasına ərinin xəyanətinin səbəb ola biləcəyi ehtimalları ortaya çıxıb.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
8
oxu.az

9Mənbələr