AZ

Alsu Anastasiyanın keçmiş milyarder ərinin məşuqəsi olduğuna İŞARƏ VURDU - FOTO

Rusiyalı müğənni Alsu, milyarder həyat yoldaşı Yan Abramovdan boşandıqdan sonra, repçi Timatinin keçmiş sevgilisi Anastasiya Reşetovanın “evli kişiyə heç vaxt baxmayacağı” sözlərinə “Instagram” sosial şəbəkə platformasında sitat gətirən bir yazıya şərh verib.  

Bizim.Media xəbər verir ki, 40 yaşlı sənətçi rəsmi hesabından “göz qırpma” emojisi əlavə edərək, “O, yalan danışır”  şərhini yazıb.  

Bunu görən sosial şəbəkə əhli bu rəyi Alsu və Abramovun boşanmasının səbəbinin həqiqətən də Anastasiya olduğunun təsdiqi hesab edib. 

İzləyicilərin bir çoxu Timati Alena Şişkova ilə ayrılıb Anastasiya Reşetova ilə görüşməyə başlayanda Şişkovanın da Anastasiyanı boşanmalarında günahlandırdığını xatırladıblar. 

46 yaşlı Abramovun boşanma xəbərindən sonra 28 yaşlı Anastasiya da “Instagram” sosial şəbəkə hesabında üzüklə fotosunu paylşıb. O, daha sonra özündən üç yaş böyük sevgilisi olduğunu bildirib. 

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Cütlüyə yaxın mənbənin yaydığı məlumata görə Abramovun Alsunu uzun illərdir aldatdığı, həmçinin uzun müddət onunla yaşamadığını və yalnız qısa səfərlərdə ailəsinin yaşadığı evə gəldiyini iddia ediblər. 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
bizim.media

9Mənbələr